Milli Məclisin Yaz sessiyasının ilk plenar iclasında yeni dəyişiklik qəbul olunub.
Yol Hərəkəti təhlukəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə əleyhinə olan inzibati xətalarla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə edilib.
Əldə edilmiş məlumata əsasən, təklif edilən dəyişikliyə görə, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır.
Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-komputerlər vasitəsi ilə yoxlanaraq təyin ediləcək.
Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq, ikinci oxunuşdan sonra təsdiq olunub.
Yeni qərar dəyişikliyi çox mütərəqqi bir hal olsa da, qərarın tətbiqində müəyyən problemlər olacağı da istisna edilmir.
Bu barədə araşdırmalar aparıb, əlavə məlumat verəcəyik.