“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, bu, I mərhələnin “Şerif” (Moldova) – “Fola” (Lükemburq) görüşündən sonra baş verib.
Sözügedən oyunda öz meydanında 2:0 hesablı qələbə qazanan moldovalılar təmsilçimizin növbəti rəqibi olmaq şansını yaxalayıb.
Meydan sahiblərinin heyətində Abanq və Lukiç fərqlənib.
Bununla da “Şerif” 3-cü dəfə “Qarabağ”la avrokuboklarda görüşəcək. Əvvəlki iki duel ardıcıl iki mövsüm – 2017/18 və 2018/19-da olub.
Ağdam təmsilçisi Moldova klubu ilə ilk dueli zamanı evdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 2:1 hesablı qələbə sayəsində ÇL-də ilk dəfə pley-offa yüksəlmişdi.
Bundan bir il sonra komandalar Avropa Liqasının pley-off mərhələsində rəqib olmuşdular. Tiraspolda 0:1 hesabıyla uduzan Qurban Qurbanovun komandası evdə bunun əvəzini böyükhesablı qələbəylə (3:0) çıxaraq Avroliqanın qrupuna düşmüşdü.
Qeyd edək ki, “Qarabağ”la “Şerif” avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Bu oyuna saat 20:00-da start