Bu layihə “Azərİpək” MMC-nin dəstəyi ilə “Dəyər Ver” tərəfindən həyata keçirilib.
Layihə 3 dildə – Azərbaycan, rus və ingilis dilində hazırlanıb.
Xatırladaq ki, Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub.
O, Azərbaycan mədəniyyətinin, incəsənətinin beşiyi hesab edilən Şuşada yaşayıb.
Heç bir şübhə yoxdur ki, yaxın zamanda vətənimizin ayrılmaz hissəsi olan Qarabağ işğaldan azad olunacaq və Natəvana həsr edilmiş bu kompazisiya Azərbaycanın əzəli və əbədi torpağı olan Şuşada səslənəcək.