ABŞ Prezidenti Donald Tramp İraq Baş naziri Mustafa əl-Kazımi ilə görüşdən əvvəl Türkiyə ilə bağlı açıqlama verib.
Fins.az xəbər verir ki, Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinə də toxunub.İraq baş naziri Türkiyənin ölkə ərazilərində keçirdiyi antiterror əməliyyatlarının qəbuledilməz olduğunu bildirib.
Məlumata görə,İraq hökumət başçısına cavab verən Donald Tramp bunları deyib:“ABŞ-ın, xüsusən də mənim Prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı əlaqələrimiz var. Ərdoğanla danışacağıq. Türkiyə və Ərdoğanla əlaqələrimiz çox yaxşıdır”.