“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İcimai Birliyində ekspertlər qrupu yaradılacaq.,
Bu barədə bu gün qurumun keçirdiyi mətbuat konfransında jurnalistlərə ASA-nın icraçı direktorunun müşaviri Məmməd Ağayev deyib.
Onun sözlərinə görə, Assosiasiyaya üzv şirkətlərdə çalışan sığorta mütəxəsissləri ekspertlər qrupuna cəlb olunacaq.
Ekspert qrupunun fəaliyyət dairəsi və iş mexanizmi barədə hələlik heç bir açiqlama verilməyib.