Azərbaycan Xarici İşlər naziri (XİN) Ceyhun Bayramovu Moskvaya Rusiya XİN başçısı Sergey Lavrov dəvət edib.
“Sputnik” bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın brifinqdə açıqlamasına istinadla xəbər yayır.
Onun sözlərinə görə, nazirlər regional və beynəlxalq gündəm də daxil olmaqla bir çox məsələni müzakirə edəcəklər:
“Azərbaycanın XİN rəhbərinin Rusiya hökuməti və Federal Məclis nümayəndələri ilə görüşü planlaşdırılır”.
Səfər 26 avqustda baş tutacaq