Cənab Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə bir qrup media mənsublarının, ictimai xadimlərin və ictimaiyyət nümayəndələrinin Ağdama səfəri təşkil olunub. Qrup üzvləri viranə qoyulmuş Ağdamı ziyarət edərək,28 illik həsrətə son qoyublar.
Sosial şəbəkələrdə ziyarət iştirakçılarının Ağdam təəssüratları paylaşılır və maraqla qarşılanır.
Tanış olduğum təəssüratlar sırasında Barat Abbas oglunun səfər yazısı diqqətimi cəlb elədi.Bu yazıda sanki qiyabi olaraq Ağdamı o baş, bu baş gəzib dolaşdım.
Yazını olduğu kimi diqqətinizə çatdırıram.
Bir sutkada cəmi 3 saat yatdım…
Dünən səhər 04.30-da yuxudan ayıldım. Mənim Ağdama getməyim planda yox idi. Allahdan bu ziyarəti ürəkdən üstədim və gedə bildim…Keçən əsirdən həsrətindəydik yurdumizin.Qibləgamız, cənnətməkanımızda deyirdik o məkana. Ya Rəbb o nə hava idi…dərindən doyunca çəkdim o havadan ciyərlərimə. Nə vaxtdan idi yadırğamışdı ciyərlırimiz o havadan ötəri.Kimlər yox idi, bu turda. Azərbaycanın demək olar ki, bütün TV-ləri və onun rəhbərliyi. Tanınmış jurnalistlər, media kapitanları, bloqerlər… o adamlar ki, ermənilərin vəhşiliyin çəkib bütün dünyada yaşayan mullətin dilində yayacaqlar.
Çox gözəl təşkil edilmişdi bu ziyarət. Altı avtobus ayrılmışdı. Ziyarət iştirakçılarına prezidentin köməkçisi Hikmət Hacıyev rəhbərlik edirdi. Çox sadə, mehriban və təvəzükar bir insandır Hikmət bəy.Heç nə, daş daş üstə qalmayıb Ağdamda. Öz məhləmizdən adladıq mən tanımadım. Sonradan İmarətə çatanda bildim ki, 150-200 metrliyində qoyub gəlmişəm doğulduğum evimizi, amma tanınmaz hala salındığlndan adlamışam oranı…İlk dayandığımız yer Qərvənd kəndinə az qalmış, mina partladılmasını izləməyimizlə başladı. ( Bzim avtomusda deputat Hikmət müəlllmdə var idi. Deyim ki, çox maraqlı insan idi… Akif Nağıyla onun yol boyu danışığı qarşıda əyləşənlərə bilmədiklərini öyrətdi.)
Səfər proqramında göstərilən növbəti dayanacaq Ağdamda Uzun dərə deyilən yerdə oldu. O məkanda 1992-1993-cü illərdə ikinci Şəhidlər Xiyabanı salınmışdı. Çünki Ağdamın birinci Şəhidlər Xiyabanı düşmən tərəfindən mütəmadi atəşə məruz qalırdı. Adı qalmışdı Şəhidlər Xiyabanının. Heç nə qalmamışdı. Demək olar ki, düzənlənmişdi…Artıq mən avtobusun qapısı ağzında ayaq üstə yol yoldaşlarıma bələdçiıik edirəm. Bax bura Qərvənd kəndidi. Bu dağılmış yer ( zatən hər yer dağılıb, sadəcə mən tanıyıram hələki… ) Qərvəndin pabıq formasında tikilən rertoranıdır. Onun yanında dəmirləri qalan 1941-1945 müharibəsinə aid abidənin xaraba qalan yeridi.Bura Göytəpə kəndi olmalıdır, Atçılıq zavodu bax buralardaydı…Uzun dərədən yol alırıq…Aman Allah Ətyeməzlidi bura. Yol yoldaşlarıma 1992-ci ildə avto qəzaya düşdüyüm yeri göstərirəm.1990-cı ilin yanvar ayının 6-da partladılmış abtovağzalı ( proqramda partladılmış avrovağzalın tarixi yalnış yazılmışdı ) göstərirəm, sol tərəfdə indi heç nə qalmayan Hacı Əkbər müəllin işlədiyi 50 saylı peşə məktəbinin yerin nişan verirəm. Yenidən sol tərəfdəki uzun xaraba qalmış tikilinin tədarük məntəqəsi, sonra pambıq məntəqəsi, sonra Tofiq-Rafiq qardaşlarının, onun yanındakı gor qonşumuz Müseyib əminin kafesinin təxminən yeri buralardı, deyirəm. Uşaq xəstəxanasının, solda rəhmətlik qardaşım Yusifin beşmərtəbədəki evinin, doğma 6 saylı məktəbimizin yanından adlayıram, su kanalının üstündən keçirik ancaq tanıya bilmirəm. Çünki heç nə qalmayıb və orda başqa yol olmayıb demə sırayla sayıram…
Bəs hara dönürük belə, tanınmamış hala salınmış yolla hara gedirik.Aman Allah Rəcəb Gözəlovla getmişik xəbərim olmayıb. Sol tərəfdə beş mərtəbə, ( o beşmərtəbı ki, üç sinif yoldaşım İlkanə, İlham və Həsın orda yaşayırdılar ) qarşısında ” şrafnoy” Minaya xalanın çörək “putkası”, Bir az gedirdik “sambis” Yaqubgilə, əmisi oğlu Zöhrəbgilə, dostumuz Nazimgilə gedən aralıq, sonra gəlirdi sinif yoldaşım o biri İlhamla, Arzugilin aralığı. Sağda sinif yəldaşlm Azərgilin aralığı. Uşaq həkimi Raisə həkimin evləri olan yer…ondan aşağı mənə dərs deyən Nəsir müəllim, bizim Qazi Tahir Bayramovun ( Şəhid Məzahirin, zöhrabın, Mətləbim, Rafaelin, Mahirin qardaşı ) Qazi Bakir Behbudovgilin aralığı, sonra Səməd Vurğun küçəsi sağ tərəfdə sinif yoldaşlrım, rəhmətlik Kamil, qarşı tərəfdə Elçin, Həqiqətgilin evləri…yolun solunda Sarcalı pavlionun müdiri Vaqif və diş həkimi Saleh, demokrat Əbdüləli əmi, Saleh-Valeh əkizlərin, qardaşı Ədalət, dostumuz Nazim və Səyyafgilin evləri…Mirzə Fətəli Axundov keçəsi, tində ev bənna Yusif, oğlu Asif Hesenov, o biri tində “zapı” düzəldən Rafiq kişi, onun yanında rəhmətlik gəlnimizin atası demokrat Bilun Hüseyin əmigil, qarşıda xaş Şahmar, rəhmətlik dəmurçi Hüseyinin evi…Rəhimovların, çox uşaqlı Hüseyn, dostumuz Cahidgilin evləri sırayla yuzarı qalxırdı.M.F.Axundov sol tərəfdən “raypoya” dirənirdi. Yuxarı tərəf isə ” Çay evinə” aparırdı.İmarətə çatandan sonra biləcəyəm ki, məhləmizdən adlamışıq tanımamışam. Sağ tərəfdə kiçik aralıqda Musa, Şakir, İlqar Ağayevlərin, Nəsif, Akif, Asif Məmmədovların, Rafael, Əli, rəhmətlik Nazım, Kamil Ağayevlərin, rəhmətlik İldırım əmi və oğlu Elxangilin evi. Yolun kənarında “dükançı” İlyas əmi, yanında dəmirçi Böyükkişi, oğlu qardaşımın qudası Tahirgilin evi, sonra ət kombinatı. Sol tərəf birinci aralıqda tum satan Mirvari xala, Keyfiyyət əmi, Ocaqverdiyev Fərhad, futbolist Vasif, Şəhid İbadi Rövşən qardaşı Yusifgilin evi..İkinci bizim dongədə tində Ruqiyyə arvadın, nənəmgilin dayım rəhmətlik Əvəzin, sonra bizim atam Abbas anam Sərfinazın əziyyətlə tikdikləri indi tanımadığım evimiz, sonra Rəhimov Adilin təzə tikdirdiyi ev, ondan sonra zarıstlı Vidadi Nizamigilin evi, döngənin sağ tərəfdın birinci ev rəhmətlik Müseyib, oğlu sinif yoldaşım Mahir, Mübariz, İlhamiz, ondan sonra rəhmətlik Rəhbər əmi, oğlanları Tofiq, Rafiq, sinif yoldaşım Rafael, Rabil ( Allah rəhmət eləsin ), Rabil, Coşqun, yanlndakı ev İldırım əmi oğlu Elşən, sonra Sabirgilin, anası Nabat xala, bacısı cücə satan Gülgəz, sonra Abbasov Zahid əmi, xalam qədır sevdiyom Xalidə xala, oğlanları Səbui, Şükuhi, qızı Vefa Abbasova və bacıları…
Evimizin arxaında ” hökumət həyəti” dediyimiz iki mərtəbəlilər…
Beləcə İmarətə çatıqdan sonra kino lenti kimi gəldi getdi gözlərimin qarşısından. Axı mən niyə tanımadım uşaqlığımın, gəncluyimin məkanını…( bu arada bir neçə adamdan ürək dərmani istəyirəm, heç kimdə yoxdu…)Qarabağ futbol komandasının oynadığı meydança. İmarətdə dəfn edilən bəy nəslinin dağılmış məzarları. Akif Nağıyla torpaq götürürük ki, həsrətlə dünyadan köçmüş doğmalarımızın məzarı üstə səpək. Arada torpağı öpmək bəhanəsiylə dilimi torpağa yapışdırıb uduram. Deyəsən heç kim hiss etmədi…Aman Allah nə şirindi. Canlı bağlantıya danışıram, dəyırli Rauf Arifoglu, Zaur Qəriboğlu, Əvəz Zeynallı və digərlıri yorulmadan canlı bağantı yapırlar. İstəyirlər bu vəhşiliyi və ziyarətdəki sevincimizi hər kəs görsün, dünya duysun…Sonra ordan birinci Şəhidlər Xiyabanına gedəcək. Ora çatanədək yenə rabitəsiz danışacam– yox bura ” Dostluq”kinoyeatrının yanı olmalıdır, beş mərtəbə burdaydı, bu küçədə Əmanət Bangı yerləşirdi –deyəcəm, ancaq heç nə yoxdu demə dəqiqləşdirə bilmirəm. Bəlkədə piyada gəzsəydim çox yeri tanıyardım. Təəssüf ki, mina təhlükısinə görə bizi ” cığıra” salıblar. Budu şatdıq…Milli Qəhrəman Allahverdi Bağırov, Şəhid Sənan, Naiq, Ələbbas, Baxşeyiş… bunlar insan deyil, ermınilər dünyanın hələ adın qoya bilmədiyi məxluqdur.Yenirik Ağdam mərkəzi meydanına. Əgər meydan demək mümkünsə… Haqverdiyev adına Dövlət darm teatrınln ancaq qabaq hisaəsi qalıb. Arxasında– oy aman Allah mənim iş yerim–deyərək, illərlə işlədiyim Ağdam Aqroprom Bangın bir tərəfdən divarı qalıqlarını hər kəsə yaxınlaşıb göstərirəm. ” Spalkomun” binasının qalıqları qalır. Mehmanxana, Həmidin işlətdiyi restoran… Cümə məsçidinə piyada yol aldıq QAT sədriylə. Mağar qurublar gəlib gedənlərdən ötəri, içəridə çay süfrəsi açılıb. Şəhidlırimizə ehsan süfrəsi sanıram, o çay dəsgahın. Qayıdan baş bir stəkan içəcəyik.
Ürəyimiz yansada Məsçidimizə tez yetişmək istəyirik. Axı orda bizimlə gedən ibadət əhli başda Akif Nağı olmaqla namaz qılacaqlar. Bu nədir, namaz üstə göz yaşı tökmək olarmı ? ( bunu yazarkən yadıma düşdü gözüm doldu ) Aman Allah yanaqlarına süzülür gözünü yaşı Akif Nağının. İçəri girməmişdın ayaqqabımı çıxarıb, qapıdan, içəridəki stunların divarından öpərək namaz üstə şəkilində çəkirəm sədrimizin.Sevinc göz yaşları içərisində Şükür namazı qılrıdı… Məsçidin yuxarısınada qalxırıq. Orda yenə Rauf bəy canlı yayın edir. –hörmətli dostlar indi Abbasoğludur danışan—deyir. Bax ora Unvemaq idi. O sökülmüş bina məkhəmə, bu qızıl dükanı , deyirəm. Burda hovuz var idi. Yayda uşaqlar orda istidə çimirdilər… Yenə məsçidin içərisindəyəm… Kim gəldi deyirəm, baxın bax cavan vaxtı orda zəncir vurardıq. Yuxarıda xanımlar oturardı. Bax ora axund Barat əminin yeri idi.Çay evinin yerin ortadakı yumuru dəmir “turpadan” tanıylram. Aman Allah ” qorponun” qalıqları. Bir az aşağı gedirsən Qurbanov Nizami, oğlu İlqar Qurbanovgilin eviydi. Sağ tərəfdə bir az aşağı mənimlə bangda işləyən Qurbanov Rasim, qardaşı evi, qardaşı uşqları Tofiq- İlqargilin evi…Aralanırıq ordan. Aha deyəsən Sarı Təpə deyilən yerdi bura. Gedirik Şah bulaq qalasına. Deputat Hikmət bəy sorur bu hansı kənddir. Qiyaslı deyirəm. O Qiyaslı ki, gilası bal idi. Çatırıq qalamıza. Şərəfsiz ermənilər özününküləşdiribmiş oranı. Öz dillərində, ingilis və rus dillərində tanıtım tabloları hazırlamışimişlər…Beləcə oranıda ziyarət edib yekynlaşırıq. Artıq toranlıq düşür. Ağdamın çöl yolu ilə qayıdırıq. Uzum dərə tərəfə…
Ağdam səndən ayrıla bilməsəmdə məcburam. Avtobusa minməmişdən ordakılarında etiraf etdiyi təmiz havadan ajgözlüklə dalbadal ciyərlərimə çəkirəm…Yolda gözəl yol yoldaşlığı olan insnlarada söylədim:– mənə bu 25 ildə Qarabağa görə dəyən dəyənəklərin ( dubinkaların) halallığın verdim.Hə birdə gedib gələnə qədər yüz kərə:– sənə lənət olsun erməni– dedim.
( QAT Ali məclis sdəri Barat Abbasoğlu )