• Haqqımızda
IzTv.az
Advertisement
  • Sığorta
  • Canlı
  • İqtisadiyyat
  • İş elanları
  • Avtomobil elanları
  • Ev elanları
  • Müxtəlif
  • Xeyriyyəçilik
No Result
View All Result
  • Sığorta
  • Canlı
  • İqtisadiyyat
  • İş elanları
  • Avtomobil elanları
  • Ev elanları
  • Müxtəlif
  • Xeyriyyəçilik
No Result
View All Result
IzTv.az
No Result
View All Result
Home Müxtəlif

Bakıda getdikcə populyarlaşan yad içki – PAYTAXTDA KOFE NEÇƏYƏDİR?

Bakıda getdikcə populyarlaşan yad içki  – PAYTAXTDA KOFE NEÇƏYƏDİR?
44
VIEWS

Azərbaycanda əsrlər boyu qəhvə yox, çay əsas içki olub. Elə indinin özündə də çay ölkədə ən populyar içki olmaqda davam edir. Amma bununla belə, qəhvə də artıq getdikcə populyarlaşmaqdadır. Paytaxt Bakıda bir-birinin ardınca qəhvəxanalar açılır və qəhvə Bakı sakinlər sevimli içkilərindən birinə çevrilir. FED.az xəbər verir ki, Bakucity.az növbəti araşdırmasını paytaxtın qəhvəxanalarına həsr edib. Bakıda qəhvə ilə bağlı ən vacib detallardan bu araşdırmada xəbər tutacaqsınız. 
 

“Kappinq” və yaxud qəhvənin peşəkar dequstasiyası 

“Starbucks” qəhvəxanasının inzibatçısı Emin Əsgərov Bakucity.az-a qəhvənin dequstasiya prosesi  barədə məlumat verib:

 “Dequstasiya zamanı müəyyən standartlara riayət etmək vacibdir. Prosesə vizual qiymətləndirmə, qoxlamaq, dadmaq və toxunmaq kimi elementlər daxildir. 

Birinci qurtumdan sonra ağızı təmiz su ilə yaxalamaq lazımdır ki, növbəti sınaq üçün  tamı müəyyənləşdirmək mümkün olsun.

Qəhvə keyfiyyətli olmalıdır. Müəssisəmizin menyusunda qəhvədən başqa, qəhvəylə gözəl uzlaşan dadlı çərəzlərlə, süzülmüş və preslənmiş qəhvəli içkilərlə də tanış ola bilərsiniz”.

  • Bunu da oxu: Bakıda falçılara kimlər müraciət edir və nə qədər xərcləyirlər? – ARAŞDIRMA

Qəhvənin növləri

“Mövcud olan qəhvə çeşidləri təəccüblü və maraqlıdır”, – bunu “Gloria Jean’s Coffee” qəhvəxanasının administratoru Ruslan Şükürov deyib: 

“Bunu anlamaq asan deyil, çünki qəhvənin növləri müxtəlif meyarlara görə təsnif edilir. Taxıl çeşidləri, onları becərən ölkə, qovurma və içkinin hazırlanma resepti: onların “amerikano”, “espresso”, “latte”, “latte macchiato”, “cappuccino” kimi təsnifləşdirilməsi mürəkkəb prosesdir. 

Bütün bu qəhvə növləri bizdə dadlı şirniyyatlarla birlikdə verilir”.  

“Əsl qəhvəni yalançı qəhvədən fərqdəndirilməsində qiymət mühüm rol oynayır”

“Saxta qəhvəni əsl qəhvədən ayırd etmək çətin deyil. Keyfiyyətsiz qəhvənin yad qoxusu və dad çalarları  olur”, – deyə “Coffeemania” qəhvəxanasının inzibatçısı Əsgərov Əsgər Bakucity.az-a  açıqlamasında bildirib:

 “Saxta qəhvədə demək olar ki, heç vaxt normal kofeyn olmur. Bu məqamda qiymət də mühümdür. Yaxşı qəhvə ucuz ola bilməz. İkinci məqam isə qablaşdırmadır. Keyfiyyətli qəhvə şüşə və ya tənəkə qablarda qablaşdırılır. Qabın üzərində istehsalçı, istifadə müddəti və ştrix-kod göstərilməlidir. Bu zaman ştrix-kodun ilk üç rəqəmi göstərilən istehsalçı ölkənin koduyla üst-üstə düşməlidir.

“Coffeemania”  qəhvəxanasında biz qəhvə və qəhvəli içkiləri əsas üstünlüyü keyfiyyətə verməklə seçirik. Türk qəhvəsi sifariş verdikdə, yanında dadlı şirniyyat da verilir”.

  • Bunu da oxu: Bakının yoqa mərkəzlərində xidmətlər və qiymətlər – ARAŞDIRMA

Üyüdülmüş və təbii qəhvənin fərqi

“Təbii qəhvə ilə üyüdülmüş qəhvə arasında fərq var. Bu içkinin kəskin dadında və qoxusunda aydın şəkildə nəzərə çarpır” – deyə,  “Espressamenteilly” qəhvəxanasının əməkdaşı Arzu Rəcəbova bildirib:

“Dad, ətir – bu, əlbəttə  zövq məsələsidir, amma əgər təbii, yoxsa üyüdülmüş  qəhvənin  daha faydalı olmasından söhbət gedirsə, burada məsələ elə də asan deyil. Təbii qəhvə qovrulmuş qəhvə dənələrindən əldə edilir. Üyüdülmüş qəhvənin tərkibində təxminən 15% qəhvə dənələri var, qalan hər şey – boyaqlar, stabilizatorlar, emulqatorlar və digər kimyəvi əlavələrdir. Məhz buna görə də, biz heç vaxt üyüdülmüş qəhvədən istifadə etmirik. Keyfiyyətli qəhvə istənilən qəhvəxananın keyfiyyət nişanıdır. Biz ayda bir dəfə aksiya keçirərək ziyarətçilərimizi müxtəlif şirniyyatlara və qəhvəyə qonaq edirik”.

Bakucity.az paytaxtda yerləşən bir neçə qəhvəxananı və qiymətlərini diqqətinizə çatdırır:

“Starbucks”Kofe “arabica”, “Latte”, “Cappuccino”, “Caramel macchiato”, “Frappuccino” içkisi, 30 müxtəlif növdə qəhvələr, “Starbucks”un xüsusi çayları.Mətbəx: Şirniyyat4-5 AZN (içkidən asılı olaraq).
“Gloria Jean’sCoffee”Sadə kofe, “Latte”, “Cappuccino”, “Karamel macchiato”, “Croissants”, çay, şirniyyat, müxtəlif piroqlar.3-6 AZN (içkidən asılı olaraq)10 st. alış-veriş edənə 1 qəhvə pulsuz
“Traveler’sCoffeeBak u”Kofe “Traveler’s”, “Latte”, “Cappuccino”, “Croissants”, 20 növdə çay, şirniyyatlar.Mətbəx: İtalyan mətbəxindən yeməklər, isti və soyuq yeməklər3-5 AZN (içkidən asılı olaraq)Bir qəhvə alana biri ödənişsiz
“SecondCup Baku”Sadə kofe, “Latte”, “Cappuccino”, “Croissants”, kekslər, piroqlar, tortlar və digər şirniyyatlar.Mətbəx: Kanada və Avropa mətbəxindən yeməklər, “simit”, “sendviç” və xüsusi salatlar.3-6 AZN (içkidən asılı olaraq) 
“CoffeeLea ”Sadə qəhvə, “Latte”, “Cappuccino”,Çay, desertlərin böyük çeşidi.Mətbəx: Amerika və Avstriya yeməkləri.Azərbaycan mətbəxi – sifarişə görə4-5АZN (içkidən asılı olaraq) 
“Espressamenteilly”Qəhvə “arabica”, “Latte”, “Cappuccino”, Çay – desertlərin böyük çeşidi.Mətbəx:İtalyan yeməkləri4-5 AZN (içkidən asılı olaraq)4 st. sifariş verəndə, 5-cisi ödənişsizdir
“DoubleCoffee ”Qəhvə “arabica”, “Latte”, “Cappuccino”,müxtəlif çaylar, kokteyllər, desertlər.Mətbəx: Qəlyanaltılar, səhər yeməyi3-5 AZN (içkidən asılı olaraq) 
“Coffeemania”Sadə qəhvə, “Latte”, “Cappuccino”, “Karamel macchiato”, Çay, şirniyyatlarMətbəx: Amerika və Türk mətbəxindən yeməklər3-6 AZN (içkidən asılı olaraq)Türk qəhvəsi sifariş edərkən, pulsuz desertverilir
“BakuRoasting Company”Sadə qəhvə,  “Latte”, “Capuccino”, Çay, Şirniyyat, “Peçeniyə”.Mətbəx: Müxtəlif qəlyanaltılar.3-5 AZN (içkidən asılı olaraq) 
“Coffee Moffie”Sadə qəhvə,  “Latte”, “Cappuccino”, çay.Mətbəx: Azərbaycan,  Avropa “Fast Food”.Vegeteriyanlar üçün s4-5 AZN (içkidən asılı olaraq) 

Sonda

Qəhvənin bütün əsas xüsusiyyətlərini müəyyənləşdirdikdən sonra yekunda bunu demək olar ki, qəhvənin çox müxtəlif növləri var. Bakıda hər kəs şəxsi zövqünə uyğun sadə, xəfif, sərt və ya qeyri-adi qəhvə tapa bilər. Məsələn, qəhvənin “flaminqo” növü çox qidalı  və qeyri-adi içkidir, bura həmçinin  “Kafesino”nu, “Lattemakiato”nu, “Ekspresso”nu da əlavə etmək olar. Əgər bu qəribə adları olan içkilər sizi həqiqətən maraqlandırırsa, onda Bakıdakı yaxşı qəhvəxanalardan birinə gedə və sifariş edib zövq ala bilərsiniz.  

Bakucity.az

Previous Post

“Günay Sığorta”nın sədr müavini ISB-ya transfer olub

Next Post

Bakı restoranlarında xəngəl setləri – QİYMƏTLƏR, SİYAHI

Next Post
Bakı restoranlarında xəngəl setləri – QİYMƏTLƏR, SİYAHI

Bakı restoranlarında xəngəl setləri - QİYMƏTLƏR, SİYAHI

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

VALYUTA

  • Trending
  • Comments
  • Latest
İşgaldan azad olan bölgələrimiz və yeni tarixi TƏQVİM…

İşgaldan azad olan bölgələrimiz və yeni tarixi TƏQVİM…

Oktyabr 21, 2020
Turan qurulur… Turan gəlir…

Turan qurulur… Turan gəlir…

Sentyabr 12, 2020
Paytaxtdan rayonlaradək olan məsafə

Paytaxtdan rayonlaradək olan məsafə

Sentyabr 14, 2020
Hyundai Sonata-nın bazar QİYMƏTLƏRİ

Hyundai Sonata-nın bazar QİYMƏTLƏRİ

Sentyabr 14, 2020
Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində – 10,5 MLRD. DOLLAR AZALIB

Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində – 10,5 MLRD. DOLLAR AZALIB

0
Azərbaycanda koronavirusa görə avtomobil istehsalı – 18% Azalıb

Azərbaycanda koronavirusa görə avtomobil istehsalı – 18% Azalıb

0
Güclü külək əsəcək – ŞƏNBƏ GÜNÜNÜN HAVA PROQNOZU

Güclü külək əsəcək – ŞƏNBƏ GÜNÜNÜN HAVA PROQNOZU

0
Meqa Sığorta” bölüşdürülməmiş mənfəətindən işçilərinə pul ayıracaq

Meqa Sığorta” bölüşdürülməmiş mənfəətindən işçilərinə pul ayıracaq

0
Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

İyun 20, 2022
İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

Yanvar 4, 2022
OXFORD diplomlu Taxi sürücüsü…

OXFORD diplomlu Taxi sürücüsü…

Yanvar 4, 2022
Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Sentyabr 16, 2021

Yeni xəbərlər

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

Azərbaycanın sərhədd qapılrının açılması nə dərəcədə realdır?

İyun 20, 2022
58
İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

İcbari Tibbi Sığortanın saytında Yeni elektron xidmət istifadəyə hazırdır…

Yanvar 4, 2022
105
OXFORD diplomlu Taxi sürücüsü…

OXFORD diplomlu Taxi sürücüsü…

Yanvar 4, 2022
163
Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Dəyərindən 5 qat ucuz,inanılmaz qiymətə villa satışa çıxarıldı… VİDEO.

Sentyabr 16, 2021
126
IzTv.az

Bizi izləyin

Kateqoriyalar

  • Avtomobil elanları
  • Canlı
  • Ev elanları
  • İqtisadiyyat
  • İş elanları
  • Müxtəlif
  • Sığorta
  • Xeyriyyəçilik

Əlaqə

Ünvan: BAKI, Bakixanov qəs. Şamil Kamilov küç 7
Tel: 050 338 72 26
055 338 72 26
Mail: [email protected]

  • Haqqımızda

© 2020 ALL RIGHT RESERVERD

No Result
View All Result
  • Sığorta
  • Canlı
  • İqtisadiyyat
  • İş elanları
  • Avtomobil elanları
  • Ev elanları
  • Müxtəlif
  • Xeyriyyəçilik

© 2020 ALL RIGHT RESERVERD