FED.az xəbər verir ki, “Başak Group”şirkəti Satış departamentinin direktoru vakansiyasını elan edir.
Eləcə də bax: “Schafer” işçi axtarır – VAKANSİYA
İş barədə məlumat:
– Sahəsi üzrə satış hesabatlarının analizi və inkişaf imkanlarının müəyyənləşdirilməsi
– Sahəsi üzrə satış və inkişaf planlarının hazırlanması və rəhbərliyə təqdim olunması
– Satış büdcəsinin tərtib olunması və rəhbərliyə təqdim olunması
– Satış plan və hədəfləri üzrə struktur bölməsi üzrə iş bölgüsünün aparılması və əməliyyat planlarının hazırlanması
– Satış və inkişaf planlarının icrasına nəzarət olunması və vəziyyətə uyğun müvafiq tədbirlərin həyata keçirilməsi
– Loyal müştəri proqramını icra etmək və müəyyən edilmiş say hədəflərinə çatmaq
– Satış şərtlərinin və güzəştlərinin düzgün icrasına nəzarət
– Satış nöqtələrində satış planlarına və qaydalarına nəzarət məqsədilə davamlı mağaza təftişlərinin həyata keçirilməsi
– Tabeçiliyindəki personallardan sahə üzrə satış proqnozlarının əldə olunması, proqnozların analizi və konsolidasiyası və rəhbərliyə ötürülməsi
– Komandanın idarə olunması
– İşçilərin performanslarının ölçülməsi və inkişaf etdirilməsi üçün tədbrilərin həyata keçirilməsi
– İşçilərin təlim ehtiyyaclarının analizi və inkişaf planlarının yazılması
– İşçilərin motivasiyalarının idarə olunması, onların mükafatlandırılması və cəzalandırılması tədbirlərinin təklif olunması
– İşçilərin əməliyyat planlarının yazılması və icrasına nəzarət edilməsi
– İşçilərin məzuniyyət, saatlıq icazə, ezamiyyət icazələrinin verilməsi
– Yeni işə götürülən işçilərə şirkət, iş və məhsullar haqqında məlumatların verilməsi, işbaşı təlimlərin keçirilməsi
– İşçilərlə iclasların keçirilməsi, onların problemlərinin araşdırılması
– İşçilərlə bağlı sosila tədbirlərin keçirilməsi
Namizədə tələblər:
– Ali təhsil (İqtisadiyyat yönümlü)
– MS Office bilikləri
– Azərbaycan,Türk dilində sərbəst danışıq bacarığı (ingilis və rus dilini bilənlərə üstünlük verilir);
– Analitik düşünməvə problem həll etmə qabiliyyəti
– Ünsiyyət və İnandırma bacarığı
– Məhsulu yüksək səviyyədə təqdim etmə qabiliyyəti
– Vəziyyətə tez uyğunlaşa bilmə qabiliyyəti
Məsulliyətlər :
– Satış inkişaf planlarının düzgün icra olunmasına görə məsuliyyət daşıyır
– Satış hədəflərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır
– Satış qayda və təlimatlarının düzgün icra olunmasına görə məsuliyyət daşıyır
– Yaş: 25-35
– Maaş: 800-1000 AZN + % bonus namizəddən asılı olaraq dəyişir.
Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı – [email protected] emailinə göndərməyiniz xahiş olunur.