Azərbaycanda qanunları pozub, başqasının haqqında girmək üçün “çörək pulu qazanıram” demək kifayətdir. (c) özümündür.Sözümün canı nədir. Son günlərdə BNA rəsmisi ətrafında yaranmış qalmaqala münasibətimi bildirmək istəyirəm. Məlum məsələdir ki, problem vardırsa, demək o problemi yaradan səbəblərdən başlamaq lazımdır. “Hər maşını olan taksi fəaliyyəti ilə məşğul olmağa başlayır” – əcəba nədən? Çünki, adama ixtisası üzrə işləyə biləcəyi və ailəsini dolandırmaq üçün normal maaş ala biləcəyi iş təklif edilmir. Səbəb, zavodların, fabriklərin olmamasıdır. Adamlar xoş günlərindən “taksavatlıq” etmirlər.Məni izləyənlər binamızın sakinlərinin “Masazır” taksistlərinin ucbatından nə qədər əziyyət çəkdiyini bilir. Söz deyəndə də, “nə edim, çörək pulu qazanıram, oğurluq etməirəm ki” cavabını alırsan. Deyəndə ki, “qazan amma adam kimi çığır-baöır salmadan” anlamırlar. Yəni mədəniyyət səviyyəsi sıfırdır. növbə ilə durub sakitcə işləmək bunlar üçün deyil.Bu barədə kollektiv şəkildə BNA müraciət etsək də, bu günə qədər cavab almamışıq. Hərçəndi vətəndaşların müraciətinə bir ay müddətində cavab verilməlidir. Məlum məsələdir ki. bu taksi sürücülərinin fəaliyyətini tənizmləməkdən belə söhbət gedə bilməz. Yəni, nə onlar üçün xüsusi taksi dayanacağı yaradılır, nə də davranış qaydaları başa salınır. Bəli, ictimai nəqliyyatın fəaliyyətinə əncam çəkilməlidir. Burdakı hərci-mərclik bizim evin qarşısındakı dayanacaqdan aydın görünür. Eyni anda dayanacağa 3-4 avtobus daxil olmağa çalışır, üstə gəl dayanacağı zəbt etmiş taksilər – indi bu dayanacaqda baş verən həngaməni özünüz təsəvvür edin.Yəni, sözümün “Mustafası” odur ki, BNA ictimai nəqliyyatın tənizmlənməsi sahəsindəki vəzifələrinin öhdəsindən gələ bilmir. Halbuki, bu agentlik yarananda ona böyük ümidlər bəsləyirdik. Bəli, müasir taksi parkları olmalıdır. Riqada olarkən üç iri taksi parkının olduğunu öyrəndim. Şəxsi taksiləri olanda var idi. Taksoparkların maşınları həm təzə idi, həm də içində taksometr və ən əsasın pulsuz Wi-Fi girişi də vardı. Fərdi taksilər keyfiyyət cəhətdən onlardan bir qədər geridə qalırdılar, internetdən də ki, söhbət gedə bilməzdir. Amma gediş haqqı məlum məsələdir ki, bir qədər ucuz idi. Yəni həm taksoparklar bir-biri ilə, həm də fərdi taksilər ilə rəqabət içindədirlər. Bir də ki, əl qaldırmaqla firma taksisi saxlamaq mümkün deyildi – ya telefon, ya da tətbiq üzərindən taksi çağıra bilərsən. fərdi taksilər isə müəyyən yerlərdə dayanırlar və növbəlilik qaydasında müştəriləri götürürlər. Daha çığır-bağır salmırlar.Bir də bizimlilər, başlamaq istənlən hər yaxşı işin içinə etməyə pərgardırlar, ən əsası da bu işdə danışdığını düşünməyən məmurlar. Bəli, rəqabətli məkan yaradılmalıdır, insan istədiyi nıəqliyyat vasitəsini seçməkdə sərbəstdir, heç kimə nəyi seçmək lazım olduğu sırınmamalıdır. Özü də bu prinsip təkcə nəqliyyata aid deyil.#gülbaşımıza#taksi#ictimainəqliyyat#BNA#çörəkpulu