Ictimai fəal Elçin Lənbəranskinin fəaliyyətini uzun müddətdir ki,izləyirəm.Pandemiya başladığı dövrdən, Böyük Vətən müharibəmizin davam etdiyi müddətdə və günümüzə qədər bu insan dayanmadan fəaliyyətdədir.
Bütün bu ötən dövr ərzində Elçin bəy külli miqdarda yardım karvanları təşkil edərək, imkansızlara,döyüşən Ordumuzun döyüşçülərinə çatdırıb.
Günümüzdə isə yenə də Şəhid ailələrinin, Qazilərimizin yanındadır.
Bir neçə gün əvvəl paylaşdığı videoda Binə Südçülük sovxozu ərazisində Şəhidimiz Milli Qəhrəman Mətləbin atası Eldəniz kişinin evində qaz olmaması və bu problemin həlli üçün şəhid atasından pul istənilməsi barədə məsələni gündəmə gətirmişdi.
Xoşagəlməz bir fakt idi.
Ancaq dünən Elçin bəy bir sevindirici xəbər də paylaşdı. Azəriqaz-ın rəhbərliyi bu şikayəti qəbul edib və operativ şəkildə nəinki həmin Şəhid ailəsinin, həmçinin həmin ərazidə qaz problemi olan 110 ailənin də mənzilinin qazlaşdırılması qərarını verib.
Sevindirici faktdır.
Elçin Lənbəranski təşəkkürlər sizə.
Bunun ardınca isə Elçin bəyin belə bir müraciəti paylaşılır:
Elçinin kitayski Haval avtomobilini Range Rover başlıgi altında tirajlayan jurnalistlər,səhifələr,xəbər saytları.Varsa vicdanınız bunu da yazın daa.Yazin ki Elçin Lenberanskinin təşəbbüsü ilə və Azəriqazin dəstəyi ilə 110 ailəyə qaz çəkilir.Yazin daa niyə yazmirsiniz.? Çünki cilizsiniz.
Həqiqətən maraqlı müracətdir.
Görəsən niyə telekanallar, saytlar bu faktlara fikir vermirlər?