Keçən ilin dekabr və növbəti ilin yanvar aylarinda, Əmlakın İcbari sigortası üzrə yaçanan ajiotaj, sonradan İSB-nin cərimələrin həyata keçirilməsi mexanizminin olmaması açiqlamasından sonra, demək olar ki, tamamilə dayandi. Gözlər dikildi yeni formalaşacaq Milli Məcclisə və onlarin verəcəyi qərara. Ancaq mart ayindan pandemiya səbəbi ilə, demək olar ki, həlli vacib olan bu məsələ tamamilə unuduldu. Əlbəttə ölkədə sərt karantin rejiminin tətbiq olunmasi, bir çox problemli məsələlərin həllinin unudulması kimi, Əmlakın İcabi sigortasi məsələsini də gündəmdən çixartdı. Və bu məsələyə nə vaxt qayidilacaği da məlum deryil.
Deməli keçən il əmlaklarını icbari sıgortalamış bir çox vətəndaşlar, növbəli yeniləmə mərhələsində əmlaklarini sigortalamaqdan imtina edəcəklər.
Bu məsələyə bir aydınlıq gətirmək üçün, keçən il əmlaklarini sıgortaladıgım bir neçə müştərilırimə zəng etmək qərarina gəldim.
Məqsədim onlara yeniləmə prosesinin vaxtına az qlmasəını xatırlatmaq və fikirlərini bilmək idi.
Suallarıma sərt cavab alacagımdan əmin olsam da, belə bir riskə getdim.
Və ilk zəngə cavab ekə gözlədiyim kimi oldu:
– Sizin başqa iş-gücünüz yoxdu?
Sonrakı cavablar da ürəkaçan olmadı:
– Bu saat s;gorta vaxtıdı?
– Hələ pulum yoxdu, sonra baxariq…
– Nə xeyri var e sıgortanın?
– Keçən il də aldadıb pulumuzu aldıniz, bu il keçməz…
Təkrarlamaq istəmirəm, bu kimi cavablar.
On yeddi nəfərə etdiyim zəngdən, yalniz iki nəfər müqaviləni yeniləyəcəklərini bildirdi, bir nəfər isə əmlakını tam sıgortalayacagını dedi.
Gördüyünüz kimi nəticə o qədər də xoşa gələn deyil.Əmlakın İcbari sigortalanmasıda bir canlanma olacagıni gözləməyə dəyməz.
Ona görə də Sıgorta şirkətləri passiv gözləmə mövqelərindən çixmali və Əmlak sıgortası istiqamətində təbligati işi gücləndirməlidirlər.Bu işə mətbuatın və TV-lərin cəlb olunması təmin olunmalı və Sıgorta mütəxəssislərinin efr və ekranlarda iş aparmalarına start verilməlidir.
Təbligati daha tutarlı etmək üçün, keçən il ərzində baş vermiş sıgorta hadisələri və ödənişlər barədə açıqlqmqlar verilməli, ödəniş almiş vətəndaşların fikirləri ictimaiyyətə ötürülməlidir.
Güman edirəm ki, Sıgorta Şirkətlərinin rəhbərlərinin də Əmlak sıgortası üzrə öz planlari var.
İnanaq ki, çox tezliklə bu istiqamətdə fəallıgin şahidi olacagıq.
Şahin İsmayılov.