Son zamanlar yaşadıqlarımız göstərdi ki, ölüm də gözəl olurmuş.
Elə bil bütün şəhidlərimiz seçilmişdi, necə gözəl, mərd insanlar itirdik. Ən həsəd aparılmalı ölümdü. Bəlkə də bizə belə ölüm qismət olmayacaq…
Bəzən yaşımızdan asılı olmayaraq ölümü gözə almırıq.
Cavanlıqda minlərlə pisliklər edib qocalanda ölümü düşünüb dinə imana gəlirik. Halbuki yaxşılıq və pislik etmək bizim öz seçimimizdir. Amma yaxşılıq etmək daha çətin olur, biz də çətini seçməyi sevmirik. Yaxşılıqları sabaha saxlayırıq.
Məs, pulum olanda falan adama kömək edəcəm, falan işim düzəlsin dilənçiyə nəzir verəcəm. Amma pisliyi heç kim sabaha saxlamır. Elə içindən gələn kimi heç nəyi düşünmədən edir. İçində pislik olan insanlar getdikcə “sevinc” hissini itirir. Heç kimin uğuruna sevinmir, öz qazandıqlarını daim başqalarıyla müqayisə edib qiymətləndirmir.Öz qalxmağından çox başqalarının düşməyini gözləyir.Özlərini dağın başında təsəvvür edib aşağıdakıları kiçik görür.
Aşağıdakılarında ona baxdığında kiçik göründüyünü unudur.Bir insanın qazancında nə qədər əziyyətin, əməyin olmasını anlamır. Bu tip insanlar o təsəvvürlərindəki dağdan tez yıxılarlar və hər qalxmaq istədiyi anda yıxılıb ancaq geri gedərlər.Çünki bu günə kimi etdikləri pisliklərdən heç kim onlara əl verib kömək etməz.
Bu həyatda tək başına heç nə etmək mümkün deyil.Pislik də, yaxşılıq da mütləq qayıdır.Ən sevdiyim cümlədi: Bir insanın ən böyük düşməni özüdür. Böyüdükcə düşmənlərin və yalançı dostların sayı artar. O yalançı dostlar daim uğurlu insanların yanında olmaq istəyər və uğursuzluğu səbirsizliklə gözləyərlər.Düşmənin isə 2 cürü olur.Mərd düşmən bəzən yaxşı dostdan belə daha çox fayda verir.Səni daha da gücləndirir, mübarizə aparmağı öyrədir.Şərəfsiz düşmən isə elə yalançı dost kimidir.Ancaq kinolarda gördüyün pislikləri edib, səni də öz pislikləri ilə şərləyə bilər və unudarlar ki, öz əziyyəti ilə qalxan insanlara nə şərəfsiz düşmən, nə də yalançı dostlar heç nə edə bilməz. Çünki o insanlar pisliklə yox, digər əziyyət çəkən insanları əllərindən tutub qaldırmaqla məşğuldurlar.
P.S. Uzun sözün qısası gəlin ölümümüz üçün yaşayaq.Qoy biz öləndə lənət yox, rəhmət oxusunlar.Axı o lənətləri əzizlərimiz eşidəcək…