Sıgorta vasitəçisi işlədiyim dövrlərdə bir şox agilagəlməz hadisələrlə rastlaşmişam. Belə hadisələr ən çox müştərilərimin hadisə zamani nə etməli olduqlrıni bilməməsindən və sadəcə olaraq şok vəziyyətinə düşmələrindən irəli gəlir. Adətən müştəri ilə müqavilə baglayarkən, onu maksimum məlumatlandiriram. Ancaq açiq-aşkar hiss olunur ki, müştəri mənə qulaq asmir və bu əzabli dəqiqələrin tezliklə başa çatmasini gözləyir.Əksəriyyətin gözlərindən hiss olunur ki, sanki demək istəyir – əşşi nə istəyirsən? Yazdın, pulumu aldin, bagla söhbəti çixim gedim işimin-gücümün qalinca…
Yəni mən daşa-divara danişiram, bu da müqaviləsin vurur qoltuguna, gedir işinin dalinca…
Nəticəsi də…
Bu gün baş verən hadisə…
Deməli belə…
Səhər saat səkkizin yarisi və telefonum səsin atib başina..ş
Bəli.
Sabahiniz xeyir, Şahin qardaş
Sabahiniz xeyir
Tez gəlin.Maşini vurmuşam.
Allah köməyin olsun,salamatçiliqdi?
Hə, amma maşin cox əzilib. Yaman xərci var.
Çox pis oldu.Amma icbari sıgorta qarşi tərəfin ziyanin ödəyir. Sizin maşina görə ödəniş olmayacaq.
Bəs mənim maşınimi kim düzəldəcək?
Günahkar sizsinizsə, o biri maşinin xərci bizlikdi. Amma sizin maşin qaldi öz boynunuza…
Yox eee… Məni vurublar.
Bəs de də bunu. Vuran maşinin sıgortasi hansi şirkətdəndi?
Mən nə bilim hardandi sıgortasi.Heç özü də bilmir. Siz tez gəlin bura, burda həll edək.
Yaxşi, gəlirəm. Hadisə harda olub?
Elə burda. Mərəzənin girəcəyində…
Hardaaaa… Mərəzə nə idi? Indi mən Mərəzəyə gəlim Bakidan? Kefin olsun…
Hə dəəə… Özün demişdin, hadisə olsa gələcəm, kömək edəcəm.
Bəli demişdim. Amma mən Baki ərazisində olan hadisələri demişəm və yenə deyirəm. Mən deməmişəm ki, Şamaxiya və Qubaya gələcəm…
Uzun sözün qisasi… Hadisəni törədən şəxs sigortasinin hansi şirkətdə oldugun bilmir. Avtomobil nömrəsi ilə sirkəti tapib, qaynar xəttin əlaqə nömrəsin verdim.YPX çagirmali olduqlarini bildirdim. Bir saat sonra bir də əlaqə saxladim.Sigorta şirkətinin nümayəndələri gəliblər, YPX hadisəni qeydə alib,nə etməli olacaqlarini onlara izah ediblər və dagilişiblar.
Üç saat sonra mənə gələn zəng, artiq məni o dünyaya göndərmişdi az qala…
Zəng.
Salam Şahin qardaş.
Salam.
Sabah gəlim pulumu götürüm?
Nə pul?
Maşınin pulun dəəə… Səhər zəng eləmişdim axi… Maşınımı vurublar də…
Kimdə götürürsən ki,pulu?
Sizdən…
Başim gicəlləndi… Dilim tutuldu… Əlim ayagim əsdi…
Qardaş, deyəsən məzələnirsən axi mənimlə…
Allah eləməsin, o nə sözdü?
Nəsə, təzədən başladi tarixi Nadir dərsi. Yarim saat buna başa salmişam ki, nə etmək lazimdi.Daha bilmirəm başa düşdü yoxsa yox. Yəqin sabah biri gün yenə zəng edəcək.
Bunlari yazmaqda sözüm sürücülərədir. Müavilə alarkən bir qədər diqqətli olun. Hadisə zamani nə etməli olacaginizi əvvəlcədən bilin. Ümumiyyətlə arada bir imkan edib sigorta agentinizlə əlaqə saxlayin, bilmlmədiyiniz məsələləri aydinlaşdirin. Ki bu kimi vəziyyətlərlə üzləşməyəsiniz.