Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Belə ki, ölkənin həmrəylik, birlik siyasətini hər zaman yüksək səviyyədə dəstəkləyən və aşılayan “Günay sığorta” şirkəti hava şəraitini nəzərə alaraq əsgərlərimizə onları yağışdan və soyuqdan qoruyan 1000 ədəd hərbi yataq dəstindən ibarət çanta göndərib.
Məğlub vəziyyətə düşən Ermənistan mülki əhaliyə və obyektlərə hücum edir. Şirkət tərəfindən Bərdə şəhərində məskunlaşan bu insanlıq cinayətinin şahidi olan 70 ailəyə ərzaq yardımı edilib. “Günay sığorta” şirkəti könüllülər və çağırışçılar sırasında olan əməkdaşlarının ailələrinə maddi yardım edib.
“Günay Sığorta” həyata keçirdiyi təşəbbüslərlə ordunun, xalqın və dövlətin yanında olduğunu ifadə edir. Şirkət bundan sonra da bu istiqamətdəki səylərini davam etdirəcək, vətənimizin bütövlüyü uğrunda ön və arxa cəbhədə mübarizə aparan bütün soydaşlarımıza yardım göstərəcək.