FED.az xəbər verir ki, “Kapital Bank” namizədləri Nəzarət departamentində Informasiya Təhlükəsizliyi üzrə Auditor (Manager) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Eləcə də bax: “Yelo Bank” işçi axtarır – VAKANSİYA
Öhdəliklər:
• İnformasiya təhlükəsizliyi üzrə daxili audit yoxlamalarını planlaşdırmaq, həyata keçirmək və hesabatlar hazırlamaq;
• İnformasiya sistemləri və prosesləri üzrə zəifliklikləri müəyyənləşdirmək və təhlükəsizlik pozuntularının qarşısını almaq üçün tədbirlər planını inkişaf etdirmək;
• Bank üzrə İT risklərinin idarə edilməsi sistemini inkişaf etdirmək;
• Requlyator tələblərin tətbiq olunması üzrə tədbirləri həyata keçirmək;
• İnformasiya təhlükəsizliyi üzrə müəssisədaxili normativ sənədlərin hazırlanmasında iştirak etmək;
• İnformasiya Təhlükəsizliyi İdarə Edilməsi Sisteminin təkmilləşdirməsi üçün təkliflər vermək;
• Sahə üzrə inkişaf planı və strategiyaların hazırlanması üçün təkliflər vermək;
• Yeni layihə və təşəbbüsləri, həmçinin, digər struktur bölmələrdən daxil olmuş sorğuları informasiya təhlükəsizliyi baxımından təhlil etmək;
• İnformasiya təhlükəsizliyi işində tətbiq olunan müasir üsullar və sistemlərlə tanış olmaq, onları təhlil etmək və bunlarla bağlı şöbə rəisi və ya onu əvəz edən şəxs qarşısında təkliflərlə çıxış etmək, lazım olan təqdirdə bu yenilikləri şöbənin işində istifadə etmək.
Tələblər:
• Ali təhsil;
• İnformasiya Təhlükəsizliyi, İT və ya İT audit sahəsində minimum 3 il iş təcrübəsi.
• Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
• Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dili texniki səviyyədə bilmək;
• Yüksək üsniyyətqurma qabiliyyəti;
• Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
• Bank əməliyyatları və biznes prosesləri barədə biliklər.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.