Ölkəmiz pandemiya şokundan uzaqlaşdıqca, bir çox qadağalar aradan qaldırılır, insanların iqtisadi fəallığı artır. Bağlanmış iş yerlərinin açılması,yay fəslinin gəlməsi,rayonlar arası sərnişindaşımaya start verilməsi avtomobil yollarında intensivliyi pik həddinə çatdırıb.
Şəhər küçələrində,eləcədə respublika əhəmiyyətli yollarda çox sıx hərəkətlilik var.Əhalimiz tədricən adi həyat tərzinə qayıdırlar.
Əlbəttə bu çox sevindirici haldır.
Ancaq belə intensiv hərəkətlilik digər böyük bir problemi ortaya çıxarır.
Avtonəqliyyat hadisələrinin sayı artır, avtomobillə piyadaların vurulması halları adi statistikaya çevrilir.
Yollarımızda nə baş verir?
Sanki insanlarımız uzun davam edən məhdudiyyətlərin acısını çıxartmağa həvəslidirlər…
Təəssüf ki, canları və qanları bahasına…
Digər təəssüf doğuran bir məsələ isə hadisələrin statistikasının açıqlanması və bununla da işin bitmiş hesab olunmasıdır.
Qəza hadisələri niyə baş verir? Bunların qarşısını almaq üçün nə kimi tədbirlər görmək lazımdır? Qəzalar əsasən hansı yaş qruplarını əhatə edir?
Bu kimi sualların araşdırılması və sistemləşdirilməsi,qəza səbəblərinin aradan qaldırılması işində böyük köməklik edə bilər.
Belə qəza hadisələrindən daha çox əziyyət çəkənlər isə Sığorrta şirkətləri və şirkətlərin qapıları qarşısında boynubükük qalan sürücülərdir.
Hadisələrin çoxluğu Sığorta şirkətlərini ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub. Hadisələrin araşdırılması,qiymətləndirmə prosesləri və ödənişlərin verilməsində çox ciddi ləngimələr və süründürməçiliklər var. Qiymətləndirmə işində baş verən əyintilər isə sanki sığorta şirkətlərinin hegomon bir səlahiyyətə malik olduqlarına işarə verir.
Mən belə qiymətləndirirəm və mənə belə sərf edir. Xoşun gəlirsə,budur,xoşun gəlmirsə,xoş getdin – Müştərilərə belə cavab verilməsi artıq adi hal alıb.
Nəticə isə elə Sığorta şirkətlərinin özlərinin əleyhinə işləyir.
Sığorta işinə etimadsızlıq və əsasən də könüllü sığorta məhsullarının satışında azalmalar.
Nə etmək olar?
Məncə artıq zamanı çatıb ki, Sığorta şirkətləri baş verən qəza hadisələrinin səbəbləri və onların aradan qaldırılması işinin təşkilində yaxından iştirak etsinlər.Çünki baş verən hər bir hadisənin bədəlini məhz şirkətlər ödəmək məcburiyyətindədirlər. Əgər hadisə sürücünün günahı üzündən deyil, yol təssərüfatında məvcud bir çatışmamazlıq səbəbindən baş vermişdirsə, artıq bu halda Sığorta şirkətləri hadisəyə səsbəb təssərüfat strukturu qaşısında iddia qaldırmaq və zərərin ödənilməsini tələb etmək səalhiyyətinə malik olmalıdırlar.Tam əminliklə demək olar ki,bu halda qəza hadisələrinin müəyyən qədər azalmasına nail olmaq olar.
Başqa bir problem isə şirkətlərin müştərilərə olan münasibətində çox böyük bir dəyişikliklərə getməsinə nail olmaqdır.
Şirkətə pul ödəyən, onu ayaqda saxlayan müştəri heç bir halda o şirkətin qarşısında çarəsiz vəziyyətdə qalmamalıdır.
Sığorta hadisəsi baş veribsə,ziyan tam olaraq ödənilməlidir.
Buna necə nail olmaq olar?
Bax bu açıq qalan sualdır…