Bu ildən etibarən, avtomobillərin İcabri Sığortası sistemində bonus-malus tətbiqi nəticəsində, icbari sığorta haqqının 45 faiz endirimlə hesablanmasl Səğorta şirkətlərini sözün əsl mənasında çıxılmaz vəziyyətə salıb. Təsəvvür edin, Azərbaycan Sığorta bazarı üçün sığorta haqqının 45 faiz azaldılması nə deməkdir.
Digər tərəfdən minik avtomobilləri üçün sığorta haqqının mühərrik həcminə ğörə hesablanması da indiki vəziyyətdə ədalətsizlik prinsipinin ortaya çıxmasına səbəb olur. Təsəvvür edin, eyni marka -model lakin müxtəlif həcmli müharriklərə malik avtomobillər, qarşı tərəfə vura biləcəkləri ziyanın eyni olmasına baxmayaraq, sığorta haqqı kimi bir-birindən kəskin fərqlənən məbləğ ödəniş edib, hər ikisi Sığorta şirkətindən 55000 manatlıq təminat alır.Belə yanaşmanın nəticəsidir ki, Sıgorta şirkətləri ödəniş problemləri ilə üzləşir, müştərilər narazı qalır və nəticədə Sığorta bazarı etimadını itirir.
Təqdim etdiyim videoda bü məsələyə fikirlərimi müzakirənizə çıxardıram.
Fikirləriniz maraqlı olacaq hər kəs üçün.