Bütün ölkə əhalisi yalnız bir xəbərə köklənib – ŞUŞA azad olundu…
Əlbəttə bu hamımızın arzusudur.Hər bir Azərbaycan vətəndaşı tezliklə Şuşa şəhəri üzərində Şanlı Bayrağımızın dalgalanmasını istəyir.
Hətta iş o yerə çatıb ki, fotoşop vasitəsi ilə Şuşa qalası üzərində Azərbaycan bayrağının dalgalanmasını göstərən şəkillər hazırlanıb paylaşılır.
Gəlin belə etməyək.
Məlum olan budur ki,hələlik bu günə Şuşa şəhəri ermənilərdən təmizlənməyib.Şuşa şəhəri üç tərəfdən Şanlı Ordumuz tərəfdən mühasirə halqasına götürülüb.Laçın dəhlizi artıq Ordumuzun atəş nəzarəti altıdadır.Separatçıların əlavə kömək alma imkanları maksimum məhdudlaşdırılıb.Və Şuşa şəhəri ugrunda gərgin döyüşlər gedir.Ermənilər də şox gözəl bilirlər ki, Şuşanın itirilməsi onların sonu olacaq.Ona görə də Şuşa ətrafına külli miqdarda erməni hərbi qüvvələri yeridilib.Son nəfəslərində axırıncı müqavimətlərini göstərirlər.
Şuşanın coğrafi şəraitini nəzərə alsaq, Ordumuzun şəhərə girməsi üçün ərazi tamamilə düşmən qüvvələrdən təmizlənməli,ola biləcək hücumlarin qarşısının alınması üçün bütün təhlukəsizlik tədbirləri görülməli və bundan sonra Şuşa üzərinə qələbə hücumu təşkil olunmalıdır.
Şuşanın alınması bizim istək və tələblərimizlə həyata keçirilə bilməz.Hərb elmi deyilən bir qanun var və Orudmuz da bu nəzəriyyə üzrə öz işini görür.Şuşanın ayın 9-u ya 11-i azad olunmasının heç bir fərqi yoxdu.Əsas olan o ərazilərin düşmən qüvvələrdən son və birdəfəlik təmizlənməsidir.Bunu da Müzəffər Ordumuz tezliklə həyata keçirəcək.
Ona görə də təmkinıi olaq və Rəsmi məlumatların aşıqlanmasını gözləyək.
ŞUŞA da bizimdir.
QARABAĞ da bizimdir.
Allıah Şanlı Ordumuzu qorusun.